Bakıda ticarət mərkəzində yanğın - FHN məlumat yaydı
Bakı şəhərinin Xəzər rayonunda hər mərtəbəsi 3400 m² olan üçmərtəbəli tikilinin (ticarət mərkəzi kimi fəaliyyət göstərir) zirzəmisində rəflərə yığılan parça materiallar 100 m² sahədə yanıb.
FHN-dən Yenicag.az-a verilən məlumata görə, tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.