Bakıda Türk Dünyası Mühəndislik Zirvəsi keçirildi - FOTO/VİDEO

media-hightechnic-468x90

Bakı şəhərində Türk Mühəndislər Dərnəyinin təşkilatçılığı və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) tərəfdaşlığı ilə IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi keçirilib.                 media-img_6142

media-banner_tkm

Yenicag.az xəbər verir ki, zirvənin əsas məqsədi Türk dünyasında mühəndislik, texnologiya və innovasiya sahələrində əməkdaşlığı gücləndirmək, elmi-texnoloji sahədə ortaq layihələrin hazırlanmasına töhfə verməkdir.

media-img_6122

Tədbirin açılış mərasimində Türk Mühəndislər Dərnəyinin sədri Yaşar Yekebağcı, KOBİA sədri Orxan Məmmədov, ASK prezidenti Məmməd Musayev, TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri, millət vəkili Kürşat Zorlu Türkiyə Kamu-Sen sədri Önder Kahveci, AK Parti Xarici Əlaqələr üzrə sədr müavini Levent Ali Yıldız, millət vəkilləri Şamil Ayrım, Yaşar Yıldırım və digər rəsmi şəxslər çıxış edərək zirvənin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən olan mühəndislər, akademiklər və iş dünyasının nümayəndələrinin qatıldığı tədbirdə ortaq texnologiyalar, mühəndislik təhsili, süni intellekt, enerji, kibertəhlükəsizlik və müdafiə sənayesi kimi strateji mövzular müzakirə olunub.

Zirvə çərçivəsində “Türk Dünyasında Ortaq Mühəndislik Təhsili”, “Müdafiə Sənayesi”, “Zəlzələyə Dayanıqlı Tikililər”“Türk Dünyası Süni İntellekt” mövzularında xüsusi panel və sessiyalar təşkil olunub. Müxtəlif ölkələrdən gələn tanınmış professor və mütəxəssislər öz təcrübələrini iştirakçılarla bölüşüblər.

media-img_6167

Tədbir çərçivəsində həmçinin iş adamları arasında B2B görüşlər, universitet ziyarətləri və paytaxt Bakıya tanışlıq turu reallaşdırılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05