Bakıda türk filminin qala gecəsi keçirildi-Foto

media-hightechnic-468x90

83648Ötən gün Nizami Kino mərkəzində “Unutursam fısılda” filminin qala gecəsi keçirilib.

Filmin rejissoru Çağan Irmak, aktyor heyəti Kerem Bursin, Farah Zeynep Abdullah, Işıl Yücesoy, Gözde Cığacı qala gecəsinə qatılıb. Səhnəyə çıxan aktyorlar alqışlarla qarşılanıblar. Rejissor Çağan İrmak Bakıda olduqları üçün xoşbəxt olduqlarını bildirib:

“Bu qədər sevgi görəcəyimizi bilmirdik. Sizinlə birlikdə film seyr edəcəyimiz üçün çox xoşbəxtik. İnanırıq ki, bəyənəcəksiniz.belə başa düşdük ki, daha çox kerem Bursini sevirsiniz. İnşallah yenidən Bakının qonağı olacağıq”.

Daha sonra aktyor heyəti jurnalistlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, filmin baş rol oyuncusu Mehmet Günsür işləri ilə əlaqədar qalaya qatıla bilməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600