Bakıda villa külə döndü
Yenicag.az xəbər verir ki, Nərimanov rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 792 kv.m olan ikimərtəbəli, mansarda tipli 7-otaqlı evdə yanğın olub.
Yanğın qısa zamanda evin iki mərtəbəsini bürüyüb. Evin 1-ci mərtəbəsində ev əşyaları 5 kv.m sahədə, 2-ci mərtəbədə ev əşyaları 18 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının səbəbləri məlum deyil.