Bakıda yanğınsöndürən maşını aşıb-Foto

media-hightechnic-468x90

86707_res_01Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşını aşıb.

Bu barədə hadisə şahidi olan şəxslər məlumat veriblər. Məlumata görə, qəza Səbayel rayonunda – Salyan sossesi, Bibiheybət qəsəbəsindən keçən yolda qeydə alınıb. Qəza zamanı xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

İlkin ehtimala görə, qəza havanın dumanlı olması səbəbindən baş verib. Sərt döngədə idarəetməni itirən sürücü maşını aşırıb. Qəzaya düşən yanğınsöndürən maşın gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən yanğın hadisəsinin söndürülməsi işinə cəlb olunub. Hadisənin də məhz həmin yanğının qarşısı alınandan sonra, avtomobil yanğınsöndürmə hissəsinə qayıdan zaman baş veridiyi bildirilir.

FHN-in mətbuat xidmətindən isə qəza ilə bağlı onlarda hər hansı bir məlumatın olmadığını bildiriblər(virtualaz.org).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600