Bakıda yeni radarlar quraşdırılıb
Yenicag.az-ın facebook sosial şəbəkəsinə istinadən verdiyi məlumata görə, DYP artıq tollarda yeni tipli radar cihazları quraşdırıb. Ekran formalı yeni radarlar ilk olaraq Qobustanda quraşdırılıb. Yeni avadanlıqlar sınaqdan keçirilməyə başlayıb. Sürət həddini ötən avtomobilləri həm öndən, həm də arxadan çəkə bilir. Yeni quraşdırılan bu radarlar sürücülərin qəniminə çevirilib. Belə ki, sürücülər köhnə radar cihazlarının götürüldüyünü zənn edərək, sürət həddini keçərək yeni radara yaxlanıblar.