Bakıda yenilik-Foto

media-hightechnic-468x90

xsBirinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsilə bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına müvafiq olaraq Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolu çəkilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin  verdiyi məlumata görə, layihə üzrə 4 giriş-çıxışdan ibarət olacaq 1 piyada keçidi olacaq. Ərazidə kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyyat keçidləri və 5711 m uzunluğunda bağlantı yollar nəzərdə tutulub.

Artıq yolun keçdiyi ərazi boyu torpaq işlərinin 70 faizi, asfalt-beton örtüyünün döşənməsi 20 faiz yerinə yetirilib. Hazırda piyada keçdinin, torpaq yatağının və kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyyat keçidlərinin tikintisi davam etdirilir.

Layihənin 2015-ci ilin əvvəllərində başa çatdırılması planlaşdırılır.

Yeni inşa olunacaq bağlantı yolların koməyilə Su Oyunlarının keçiriləcəyi əraziyə nəqliyyat vasitələrinin giriş-çıxışı, eyni zamanda yeraltı piyada keçidinin hesabına piyadaların təhlükəsiz və maneəsiz hərəkəti təmin olunacaq.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600