Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda yük maşını 10 metr hündürlükdən aşdı - Ağır yaralı var / FOTO

Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 10 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər. Qeyd olunub ki, qəza zamanı yol infrastrukturuna da ziyan dəyib:

“Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 10 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıb.

Qəza nəticəsində deformasiyaya uğramış yük maşını yolun hərəkət hissəsindən qaldırıcı kran vasitəsi ilə kənarlaşdırılıb. Qəza zamanı yol təsərrüfatına da ziyan dəyib, yol kənarında olan əyri-xətli dəmir tirlər, yol nişanı və məlumatverici lövhə sıradan çıxıb.

Qəzanın fəsadlarının aradan qaldırılması və yol ilə avtonəqliyyat vasitələrinin hərəkətinin təmin olunması üçün əraziyə agentliyin canlı qüvvəsi cəlb olunub.

Xoşbəxtlikdən qəza zamanı yük maşınının aşdığı hissədə başqa avtomobillər olmayıb”.

Loading...

www.yenicag.az

204
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100