Bakıdakı dəhşətli qəzanın görüntüləri yayıldı - Video

media-hightechnic-468x90

Paytaxtda da ağır yol qəzası baş verib.

ARB TV xəbər verir ki, motosiklet minik avtomobili ilə toqquşub.

Qəza anı hadisə yerinin yaxınlığındakı marketin nəzarət kamerası vasitəsi ilə anbaan qeydə alınıb. Yol kənarında dayanan minik avtomobilinin sürücüsü hərəkətə başlayan zaman qəfil sola dönmə əməliyyatı edib. Sürücünün diqqətsizliyi səbəbindən o, sürətlə gələn motosikleti görməyib.

Qəza zamanı motosikleti idarə edən sürücü bir neçə metr kənara düşərək xəsarətlər alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə cəlb edilən polis əməkdaşları müayinələr aparıblar. Motosiklet və avtomobil cərimə meydançasına yerləşdirilib.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Bakıdakı dəhşətli qəzanın görüntüləri yayıldı – Video

media-hightechnic-468x90

Bakıda avtobusun iştirakı baş verən yol qəzasının videogörüntüsü yayılıb.

“BakuBus”un mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın 9-da Binəqədi rayonunun C. Xəndan küçəsində “BakuBus”a məxsus 6 saylı marşrut avtobusu ilə vətəndaşa məxsus avtomobilin toqquşması nəticəsində baş vermiş yol hərəkəti qəzası ilə bağlı bir sıra mətbuat orqanlarında reallıqdan uzaq, gerçəkliyi əks etdirməyən məlumatlar yer alıb: “Hətta bəzi saytlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmədən nəticə çıxararaq, “BakuBus”-ın avtobusu ağır qəza törətdi” başlıqlı yazılarla avtobus sürücüsünü, daşıyıcı şirkət olaraq “BakuBus”-ı ittiham edib, ictimaiyyətdə hadisə ilə bağlı məqsədyönlü olaraq yanlış rəy formalaşdırmağa cəhd edib”.

Şirkət yayılan məlumatların gerçəkliyə uyğun olmadığını göstərmək üçün hadisənin görüntüsünü də APA-ya təqdim edib: “Eyni zamanda “BakuBus” olaraq bu saytlardan həqiqətə uyğun olmayan, uydurma məlumatları yaydığı üçün həmin məlumatların təkzib edilməsini və bir daha bu kimi reallıqdan uzaq məlumatların yayılmasından qətiyyətlə imtina etməsini tövsiyə edirik. Xatırladırıq ki, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır”.

Qeyd edək ki, qəza yanvarın 9-da 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Sevda İsmayılova idarə etdiyi “Nissan Qasqai” markalı maşınla yolun əks hərəkət istiqamətinə çıxaraq “BakuBus”-a məxsus 6 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Nəticədə qadın sürücü ölüb.

https://youtu.be/9XnRNgseEaM

Yenicag.az

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600