Bakının bəzi ərazilərində işıq olmayacaq

media-hightechnic-468x90

Bakının Nizami rayonunun bəzi ərazilərində elektrik təchizatında fasilə yaranacaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

“Mayın 6-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/10 kV-luq 213 saylı yarımstansiyadan çıxan və Komplekt Transformator Məntəqəsini (KTM 1078) qidalandıran 10 kV-luq hava xəttində cari təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Nizami rayonu Şərq küçəsində Azərsutikinti trestinin xəstəxanasının ətrafında yerləşən bəzi yaşayış ərazilərində elektrik enerjisinin verilişində mərhələli şəkildə məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05