Bakının bəzi yollarında sıxlıq yaranıb -FOTO

Bakının bir çox küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, sıxlıq olan küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr var.

Qeyd edək ki, hazırda Z.Bünyadov prospekti Ə.Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində, Binəqədi şossesi Azadlıq prospekti istiqamətində, Moskva prospekti 20 Yanvar dairəsi istiqamətində, Bakı-Sumqayıt şossesi şəhər istiqamətində, Zabrat şossesi H.Əliyev prospekti istiqamətində avtonəqliyyat vasitələrinin hərəkətində sıxlıq  yaşanır.