Yeni il gecəsi Bakı restoranlarında ŞOK QİYMƏTLƏR: Yerlər tükənir, qiymətlər ƏL YANDIRIR

media-hightechnic-468x90

Özəl günləri və bayramları restoranlarda qeyd etmək artıq cəmiyyətdə adət halını alıb. Xüsusilə Yeni il gecəsini ailə üzvləri və dostlarla daha rahat və yadda qalan şəkildə keçirmək istəyənlər restoranlara üz tutur. Qiymətlərin hər il artmasına baxmayaraq, bu il də restorana maraq azalmayıb, əksinə tələbat daha da yüksəlib.

Paytaxt Bakıda fəaliyyət göstərən restoranların əksəriyyəti Yeni il gecəsi üçün xüsusi proqramlar və menyular tərtib edib. Əyləncə proqramları, canlı musiqi və şoularla müşayiət olunan bu gecələrə maraq o qədər böyükdür ki, Yeni ilə təxminən 15 gün qalmış bəzi restoranlarda artıq yer tapmaq mümkün deyil.

Yenicag.az olaraq paytaxt restoranları arasında kiçik araşdırma apardıq. Araşdırma zamanı həm boş yerlərin olub-olmaması, həm də Yeni il gecəsi üçün müəyyən edilən menyu qiymətləri öyrəndik.

Məlum olub ki, bəzi məşhur restoranlarda artıq bütün yerlər bron edilib. Digər məkanlarda isə məhdud sayda boş yer qalmasına baxmayaraq, qiymətlər kifayət qədər yüksəkdir.

Yeni il gecəsi restoranlarda qiymətlər:

  • Baku Castle – yer yoxdur
  • Cıdır Restoranı – 200–250 manat
  • Neolit City – 300 manat
  • Niagara – 150–200 manat
  • Manzara – 250 manat
  • Chayki Restaurant – 300 manat

Qeyd edək ki, qiymətlər əsasən menyu, proqramın zənginliyi və restoranda təqdim olunan əlavə xidmətlərə görə dəyişir.

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa