Bakının bu hissəsində içməli su fasilə ilə veriləcək

media-hightechnic-468x90

Paytaxtın Nizami rayonunun bir hissəsinə içməli suyun verilişində fasilələr olacaq.

“Azərsu” ASC-dən Yenicag.az-a verilən məlumata görə, buna səbəb magistral su kəmərində aparılan təmir-bərpa işləridir.

Təmir işlərinə görə 09 dekabr 2021-ci il tarixində saat 22:00-dan etibarən 10 dekabr 2021-ci il tarixdə səhər saatlarınadək Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600