Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTO

media-hightechnic-468x90

Bakının Şəfayət Mehdiyev küçəsində və Vaqif prospektində mikromobillik zolaqları təşkil edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Mətbuat prospektində daha öncə təşkil edilmiş zolaqlar isə Akim Abbasov küçəsi ilə kəsişməyə qədər uzadılıb. Ərazidə müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.

Növbəti mərhələdə Akim Abbasov küçəsində salınacaq yeni mikromobillik zolağı sayəsində dairəvi hərəkət təmin olunacaq. Vaqif prospektində salınan zolaqların isə gələcək perspektivdə “Atatürk” parkındakı velosiped zolağı ilə əlaqələndirilməsi planlaşdırılır.

Bildirilib ki, şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.

media-uthqt0722aiheznwryqczs8dgy0cptfmlfk6rwvs_640 media-9e62f9f5ixceq1dunjjfpkcg4trr3k5oxnymymq7_640 media-0ur7kc2r9zfobzec4ttnnecumtc7mcqohrp4bvz8_640 media-7vt3mxdksveweudhxdagsnoyjsu9xqqymvlm1pes_640 media-f8opovwlwjvlzqaemudvbkdkmqocohjgikvppzgl_1200

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05