Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakının ictimai iaşə dövriyyəsi pandemiya səbəbindən kəskin azalıb

Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə koronavirus pandemiyası səbəbindən real ifadədə 58,4% azalaraq 317,2 mln. manat təşkil edib.

Bu barədə Yenicag.az Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 70,4%-i hüquqi şəxs statuslu müəssisələrin, 29,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Qeyd edək ki, hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 36,5% azalaraq 224,6 mln. manata bərabər olub.

www.yenicag.az

226