!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü qeyd olundu - FOTO

!Reklam – Yazi

Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə onlayn konfrans təşkil edilib.

Yenicag.az xəbər verir ki, Türkiyənin Bakıdakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransda qardaş ölkənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycanın istiqlal tarixində önəmli rol oynamış şəxs, Türkiyənin görkəmli hərb, eləcə də dövlət xadimi Kazım Qarabəkir paşanın qızı Timsal Qarabəkir, millət vəkili Anar İsgəndərov, “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və digər rəsmi qonaqlar iştirak edib.

Konfransda Nuru Paşanın rəhbərliyi altında Bakının erməni-bolşevik işğalından azad edilməsinin tarixi əhəmiyyətinə diqqət çəkilib, Türkiyə və Azərbaycan arasında münasibətlərin, strateji müttəfiqliyin yüksələn xətlə inkişaf etdiyi qeyd edilib.

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv