Bakının magistral yollarında sürət həddi azaldıldı

media-hightechnic-468x90

Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Yenicag.az-a verilən məlumata görə, hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərdən xahiş edir ki, bu cür hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa