Bakının mərkəzində bağlanan yollar açıldı

media-hightechnic-468x90

“Bakıda 27 sentyabr – Anım Günü ilə əlaqədar keçirilən tədbirlərlə bağlı bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb”.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən məlumat verilib

Bildirilib ki, paytaxt ərazisində bütün növ nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Qeyd edək ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar keçirilən tədbirlərlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə sentyabrın 26-da səhər 07:30-dan 10:00-a dək, sentyabrın 27-də isə 06:30-dan 14:00-a dək yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa