!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının qədim etimalogiyası və küləkləri haqqında – Əbülfəz Şeydabəyov yazır

!Reklam – Yazi

13446120_1017203731703863_1776571452_o

 

13459497_1017203721703864_488060713_n
Əbülfəz Şeydabəyov  xüsusi olaraq, Yenicag.az üçün

Hər fəsildə gözəldir Bakımız. Yaz gələn kimi, keçmişdən çağdaşlığı salamlayan memarisi, durmadan əsən iki doğma küləyin həzin mehi şəhərliləri və şəhərin qonaqlarının əhvalına daim bir dinamik hərəkətlilik qatır. Bu səbəbdən Bakıya “küləklər şəhəri” təxəllüsü verənlər də öz iddialarında yanılmırlar. Lakin, el Ağsaqqallarından iddia edənlər var ki, Bakı sözünün etimaloji mənası çox qədimdir. Belə ki, ba – ev , ki/ku – əbədi yaşar (ruh) mənasını verir. İnsanlıq tarixi mövcud olandan, Şis adlı bir mübarək və ətrafında cəm olan adəmilər tərəfindən yer üzündə 1000 (min) şəhər tikilib.Və bu şəhərlərdə inanclı və Tanrı mədəniyyətini yaşayan nəsillər yerləşdirilib. Dünyanın digər ilkin şəhər adları çoxlarımıza qədim əlyazmalardan məlumdur. Onların bir qismi zamanla yolunu azmış, sakinləri təkəbbürlüyə tutulmuş, ədəb bilməz olmuş və nəticədə dağılaraq günümüzə xarabalıq eksponat daş halında nümünə üçün qalıblar.

Qeyd edim ki,  Şis adlı insan səmavi dinlərcə ortaq mübarək şəxs və şəhərlər  inşa edən adam kimi qəbul edilməklə yanaşı dünyada doğulan ilk peyğəmbərdir.  Bu adın mənası sami dillərində “Tanrının hədiyyəsi” deməkdir. Adəmin ən sevimli övladı və elmin babası sayılmaqdadır. Maraqlı bir amil də var ki, dövlətçilik tariximizin keçmişi sayılan Atropetananın paytaxt şəhərinin adı da məhz Şiz (sonrakı Qazaka) olmuşdur. Və antik paytaxtımız olan Şiz şəhəri də zərdüştlük inanc yolunun beşiyi qəbul edilməkdədir. Görünür bu coğrafiyada yaşayan azərbaycanlılar ilkin şəhərcilik mədəniyyətinin daşıyıcıları olmuşdur. Yaşlı bir bakılı dədə ilə söhbətimdə şəhərin əsl adının əl-Baki (əbədi,sonsuz) olduğunu iddia edmişdir. Bu adın günümüzə qədər islamla gəlib çatan Tanrının  96-cı isimlərindən olan əl-Baqi olduğu mənasındadır. Demək ki, Şisin tikdiyi həmin 1000 (min) şəhərin biri də elə Vətənimizin paytaxtı olma ehtimalı da az deyil. Bu haqqda alimlər fikir bildirib hətta diskusiya aparsalar da, əminəm ki, köklü araşdırma yenə də bu qənaətə gələcəkdir. Maraqlı mülahizələrdən biri də “96” rəqəminin ortaya çıxmasıdır.  Belə ki, şəhərin ən qədim memari rəmzlərindən sayılan Qız qalasına bir tərəfdən baxdıqda “9”, digər tərəfdən baxdıqda isə “6” formasını almaqdadır. Qız qalasının (namus,şərəf qalası) müasir araşdırmacıları qalanın həm müdafiə, həm də əsasən ulduzları seyr edərək fəsilləri, iqlim dəyişikliyini və saat qurşağını ölçmək üçün istifadə olunduğu fikrinə gəliblər. Demək ki, əbədi şəhərin sakinləri daim gələcəyi müzakirə etmiş və bəlkə də Kiminsə gəlişini məhz burada gözləyərək həyat sürmüşlər…Kim bilir?!

13435847_1017203728370530_447271075_nBakımız tarixin çox çətinlikləri və hərbi-siyasi mürəkkəblikləri ilə üzləşən onlara daim sinə gələn məkan olmuşdur. Təsadüfi deyil ki, hələ keçmiş çağlardan zərdüşlük inancına sahib olan inanclılar uzaq Hindistdan və müxtəlif diyarlardan gələrək məhz Bakıdakı Atəşgahı özlərinə pir bilmişlər. Hind arilər buranı Baqu/Boqu adlandırmışlar. Bilindiyi kimi, slavyan dilindəki Boq/Tanrı  kəlməsi də iran və sanskrit dillərindən təsirlənmişdir. Daha sonra isə islam imamlarının bibilərinin məhz Bakıya pənah gətirmələri özlüyündə Bakının rəbbani, görünməz mistizmindən və ilahiyyat dolu sirrli çəkiciliyindən xəbər verməkdədir. Sadaladıqca yazıya sığmaz şəhristan Bakımızın dastanı…Hər halda daha yeni və milli düşüncəyə dayalı əsaslı araşdırmalara ehtiyac vardır.

Xəzri və Giləvar küləkləri

Yüz illiklərdir Abşeron yarımadasında iki dəli külək durmadan rəqabət içindədir. Bəli! dəli sözünə də izah verim. Türk dillərində “dəli” kəliməsi dəlib-deşib keçən mənasındadır. Adı keçən bu küləklər Xəzri və Giləvardır. Məndən tez-tez bu küləklərin tarixçəsi və adlarınının etimaloji mənasını soruşurlar. Qərar verdim bu yazımda ümumi cavablamağa çalışım.

Xəzri- şimal küləyidir. Xəzri sözü bir zamanlar (VI-X əsr) bu günkü Azərbaycanın şimalında qurulmuş çox qüdrətli türk Xəzər Xaqanlığından gəlir. Tarixdə də məlum olduğu kimi Xəzərlilər daim türk Qafqaz Albaniyasını Sasanilərə, Abbasilərə,Rus-varyaqlara verməmək üçün Azərbayacana, hətta Ərdəbilə kimi hərbi nizami yürüşlər təşkil edmişlər. Bəli şimaldan atlı ordu ilə külək kimi sürətlə gələn bu Göytürk-Xəzərlərə (Aşina soyu) görə şimal küləyinə Bakıda məhz Xazari-Xəzri adı verilmişdir. Bu özlüyündə də yarımadanın sakinlərinin qədim tarixindən xəbər verməkdədir. Bir qeydi də edim ki, Alban kralı Cavanşirin də xanımı məhz Xəzər Xaqanının qızı olub. Və Xaqan Cavanşirə sui-qəsd edən Bizanspərəst əyanların hamısına  divan tutaraq Albaniyanın türk soylu  kralının qisasını almışdır (681) .
Bu günkü Qəbələnin keçmiş adı da məhz bir müddət Xəzər şəhəri oldub (IX əsr). Dənizin adının da Xəzərlilərdən qaldığı haqqında uzun yazmadan burada nöqtə.

13444470_1017203725037197_339901528_nGiləvar- cənub küləyidir. Elə bəlkə ona görə də bu sözdə “var” kəlməsi köhnə cənub qonşularımızın dilində farsca “külək” deməkdir. Gilə isə bildiyiniz kimi yay aylarında Abşeronda yetişən meyvələrin tumurcuqdan-gilə prosesinə keçməsi müddəti mənasındadır. Yəni isti cənub küləyinin meyvə gilələrini bişirərək şirəli meyvə etməsi mənasını daşıyan küləkdir – Giləvar.

Son olaraq demək istərdim ki, Vətənimizdə tarix boyu çoxlu başı-bozuq yad ruzigarlar əsmək istəyib. Nə çox milli-dəyirmanımızda gözü qalanları hələ demirəm. Hamısı Xəzərin dalğalarına yenik düşüblər. Loşdur hamısı! Bakımıza öz doğma Xəzrimiz, Giləvarımız yaraşır…Əsas odur ki, onları tanıyaq və nəyə qadir olduqlarını mənimsəyək…

COP29

www.yenicag.az

3543
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv