Bakıya 200 yeni avtobus gətiriləcək

media-hightechnic-468x90

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.

Agentlikdən Yenicag.az-a bildirilib ki, avtobus parkının yenilənməsi mərhələli qaydada həyata keçirilir.

“Hazırda paytaxtda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur.

Cari ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcılar tərəfindən daha 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcək.

Bu isə ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək”, – məlumatda qeyd olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600