Bakıya gətirilən yeni avtobuslar-Fotolar

media-hightechnic-468x90

69e4c9403bebb41379f1957208b8619c (1)Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta 50 yeni avtobus gətirilib.

Türkiyədə istehsal olunan “İsuzu” markalı avtobuslar bir neçə xüsusiyyətə malikdir. Onlardan biri, nəqliyyat vasitələrinin “Avro-5” standartına cavab vermələridir.

Bundan başqa, avtobuslar sərnişinlərin rahat enib-düşməsi üçün aşağı endirilə bilir.

Bununla yanaşı, avtobusun daxilində görüntülü və səsli kameralar mövcuddur. Xüsusi kabinə vasitəsilə sürücü sərnişinlərdən təcrid olunur.

Avtobuslar kondisioner sistemi, habelə uşaqlar, yaşlı şəxslər, fiziki imkanları məhdud olan insanlar üçün xüsusi hissələrə ayrılıb. Fiziki imkanları məhdud şəxslərin və uşaq arabalarının avtobusa minib düşməsini rahat etmək üçün xüsusi panduslar da quraşdırılıb.

Avtobusları ölkəyə gətirən özəl şirkətin nümayəndəsi Füzuli Sadıqov  bildirib ki, avtobusların tutumu “24+1”-dir.

“Bu nəqliyyat vasitələrinin qapısı bağlanmadan avtobus yerindən tərpənmir. Bu da sərnişinlərin təhlükəsizliyini təmin edir. Hələlik avtobuslar 65 nömrəli marşrut xətti üzrə (9-cu mikrorayondan “Azneft” meydanı istiqamətində) hərəkət edəcəklər. Avtobusun xüsusi qara qutusu da mövcuddur”, – deyə o bildirib.

Qeyd edək ki, üçqapılı avtobuslar 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir.

Qalan 150 avtobus isə 2015-ci ildə gətiriləcək. Ümumilikdə Azərbaycana 200 avtobusun gətirilməsi nəzərdə tutulub.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600