Avqustun 11-12-də təmir işləri ilə əlaqədar “Bakmil” stansiyasına və əksinə, qatarların hərəkətinə qoyulmuş məhdudiyyət tətbiq edilməyəcək.
Yenicag.az-a “Bakı Metropoliteni”ndən verilən məlumata görə, sərnişinlər qeyd edilən tarixlərdə “Bakmil” stansiyasına və əksinə istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq hərəkət edə bilərlər.
Qeyd edək ki, avqust ayının 8-dən yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin “Bakmil” stansiyasına giriş-çıxışı, müvəqqəti olaraq, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.
Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən – avqust ayının 13-dən tətbiq ediləcək.
www.yenicag.az