“Baku-2015”-in bilet satışı ilə bağlı ciddi yoxlamalar keçirilir
“Biz qara bazarda biletlərin satılması ilə bağlı monitorinq keçiririk. Əlbəttə, bununla bağlı tədbirlər də görüləcək”. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bunu Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu yarışlar ilk dəfədir ki, keçirilir. Bunu nəzərə aldıqda bu cür bilet satmaq təcrübəsi də bir yenilikdir. Amma gələcəkdə, biletlərin ikinci əldən satılmasının qarşısını almaq üçün tədbirlər görüləcək.
BEGOC rəsmisinin sözlərinə görə, indiyədək bəzi idman növlərində tamaşaçılar üçün əlavə biletlər satılıb. Onlar üçün əlavə imkanlar yaradılıb.
S.Kleq həmçinin qeyd edib ki, indiyədək zaldan tamaşaçıların çıxarılması, jurnalistlərin akreditasiyasının ləğv edilməsi ilə bağlı heç bir məlumat daxil olmayıb.
“Bəzi mətbuat nümayəndələri indi də Azərbaycana gəlməkdədir. Buna görə onlar üçün müəyyən tədbirlər görülür”.