“BakuTel” yubileyə hazırlaşır

media-hightechnic-468x90

65812Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbiri olan “BakuTel” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının 20 illiyi tamam olur.
Yubiley qeyd münasibətilə dekabrın 2-dən 5-dək Bakıda keçiriləcək “BakuTel-2014” çərçivəsində əlavə tədbirlər planlaşdırılır.

Beynəlxalq sərgi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” şirkətləri tərəfindən təşkil olunur.

Tədbirdə 100-dən çox şirkətin iştirakı təsdiqlənib. Onların arasında aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distribüterləri vardır. Sərgi gənc mütəxəssislərin öz ixtira, proqram və xidmətləri haqqında məlumat verməsinə imkan yaradır. Bununla əlaqədar “startap”lara (yeni fəaliyyətə başlayan şirkətlərə) xüsusi stendlər ayrılacaq.

“Bakutel-2014” ənənəvi konfrans, seminarlar, “dəyirmi masa”lar, biznes və internet forumları və bir çox digər tədbirlərlə də zəngin olacaq. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600