Balakən rayon sakini bıçaqlanıb

media-hightechnic-468x90

загруженное (1)Balakən rayon sakini naməlum şəraitdə bıçaqlanıb.

Rayon Mərkəzi Xəstəxanasından  verilən məlumata görə, rayonun Kortala kənd sakini, 1985-ci il təvəllüdlü Tural Akif oğlu Butdayev qarın boşluğunun kəsilmiş və daxilə nüfuz edən bıçaq yarası ilə xəstəxanaya daxil olub. T. Butdayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.

Xəstəxanadan bildirilib ki, yaralı T. Butdayev xəstəxanaya daxil olarkən içkili vəziyyətdə olub. Üç ay əvvəl ailə həyatı quran T. Butdayev həkimlərə həyat yoldaşı tərəfindən bıçaqlandığını söyləyib. Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə T. Butdayevin yaşadığı ünvanda baş verib. Onun həyat yoldaşı və valideynləri istintaqa ilkin ifadələrində Turalı evin həyətyanı sahəsində bıçaqlanmış vəziyyətdə aşkarladıqlarını söyləyiblər. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, T. Butdayevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600