Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Balakənlilər üsyan etdilər: Deputatın sərvətini açıqladılar

Balakən ziyalıları və gəncləri Nəsib Məhəməliyevin YAP-dan deputatlığa namizədliyinə qarşı üsyan bayrağı qaldırdılar…

Balakən ziyalıları: “Əgər Nəsib Məhəməliyev balakənlilərin başına açdığı oyunları unudubsa, bizlər bunu unutmamışıq”.

Yenicag.az xəbər verir ki, bir qrup Balakən ziyalısı və gəncləri adından PİA.az-a 2015-ci il seçkilərinin nəticələrinə əsasən Balakənliləri Milli Məclisdə təmsil edən və hazırda YAP-ın siyahısından 109-saylı Balakən seçki dairəsindən millət vəkilliyinə namizədliyi irəli sürülən Nəsib Məhəməliyevin qanunsuz əməllərini ifşa edən şok effektli müraciət daxil olub. PİA.az ölkə prezidentinə və birinci vitse-prezidentə ünvanlanmış həmin müraciəti olduğu kimi oxucilarının diqqətinə cəlb edir:

“Bildiyiniz kimi bu yaxınlarda iqtidar partiyası YAP tərəfindən 109 saylı seçki dairəsi üzrə Məhəməliyev Nəsib Məhəmməd oğlunun ölkə başçısı cənab İlham Əliyevi aldadaraq deputatlığa namizədliyi verilmişdir. Bir müddət Balakəndə, sonra Nəsimi rayonunda icra başçısı işləyən və beşinci çağırış üzrə Mlli Məclisdə deputat olan Nəsib Məhəməliyev sözün əsl mənasında ancaq öz biznesini qurmuş, vəzifə səlahiyyətlərindən istifadə etməklə qohumlarının adına mülkiyyətlər toplamışdır. İşlədiyi dövrdə Balakən rayonunu talıyan, rayon üçün, əhali üçün demək olar ki, heç bir xeyri dəyməyən Nəsib Məhəməliyevin yenidən həm də bizim siyasi partiyamız olan YAP tərəfindən namizədliyini irəli sürməsi sözün əsl mənasında bizlərdə qıcıq yaradırvə hesab edirik ki, bu Balakən ziyalılarına təhqirdir. Nəsib Məhəməliyev isə utanmadan bəzi yaxınlarının məclisində deyib ki, “hər şey pulun başının altındadır”.

Yarıtmaz fəaliyyəti ilə Tanınan Nəsib Məhməliyevin namizədliyinin yenidən YAP tərəfindən verilməsi bütün Balakəndə etirazla qarşılanırb və biz həqiqətən inanırıq ölkə başçısı cənab İlham Əliyevin və Mehriban Əliyeva xanımın xəbəri yoxdur. Biz güman edirik sabiq nazir Ziya Məmmədovun yaxını olan Nəsib Məhəməliyev özünə yeni söykənəcək adam tapıb və bu yolla ölkə başçısını ciddi anlamda aldadıb. Biz Nəsib Məhəməliyevin yalanlarını və etdiyi qanunsuz əməlləri Prezidentimizə çatdırmağı özümüzə borc bilirik.

Aidiyyatı orqanlardan Nəsib Məhəməliyevin mülklərinin yoxlanmasını, bu mülkləri saxta sənədlərlə necə düzəltdiyini (kərpic zavod, MMOİL yanacaq doldurma məntəqəsi və sair) və işlədiyi dövrdə bu Balakən rayonuna necə xidmət etdiyinin araşdırılması üçün göstəriş verməyini xahiş etdik. Həmçinin onun namizədliyinin ləğv olunması barədə göstəriş verilməsini xahiş etdik.

Balakən ziyalıları və gəncləri onun deputatlığa namizədliyinə birmənalı şəkildə etiraz edirlər. Əgər rayonda rəy sorğusu keçirsəniz görərsiniz onun haqqında nə deyirlər. Balakəndə onun köməkçisi insanlara pul verərək feysbuk şəbəkəsində müsbət rəylər yazdırır. Bu insan nəinki vəzifə tutmalı, əksinə əmlakı müsadirə olunub büdcəyə verilməlidir.

Bizim içərimizdə azsaylı qeyrətli oğullardan avar xalqının övladları da var. Bu deputat konkret avarları özünə düşmən elan edib. İşlədiyi dövrdə rayonda nəsil və tayfa davaları salmaqla, insanlar arasında intiriqa yaratmaqdan başqa işlə məşğul olmamışdır. Hətta rayonda tanınmış Muradovlar nəslinin həkim nümayəndəsini pis vəziyyətə salaraq onu ruhi xəstə kimi qələmə vermişdir. Çünki onun yaramaz və cinayətkar əməlləri haqqında həkim Muradov tərəfindən 200 tirajlıq kitabda dərc edilmiş, həmin kitab respublikanın aidiyyatı qrumlarına çatdırılıb. Onu da qeyd edək ki, Nəsib Məhəməliyevin və qardaşının cinayətkar əməlləri həmin kitabda öz əksini tapmışdır.

Bu adam bir nəfər kasıb, imkansız adama əl tutmayıb. Bu şəxsin işi-peşəsi pul, mal-mülk toplamaq olub. Bir sözlə desək, ev tikən yox, ev yıxan olub. Vaxtı ilə onun qəbuluna gələnləri icra hakimiyyətində polislərə, ətrafında olan şillə vuranlara döydürürdü. İnsanlara yuxarıdan aşağı baxırdı. Nəsib Məhəməliyevin dövründə rüşvət, məmur qudurğanlığı heç vaxt olmadığı qədər yüksəklərə qaldırıldı. Həmin dövrlər niyə fikirləşmədi ki, bu günün sabahı da var?

Axı bu illər ərzində Balakənə, Balakənlilərə Nəsib Məhəməliyev nə verdi ki, indi də gəlib onlardan deputat olmaq üçün səs istəyir? Əgər Nəsib Məhəməliyev balakənlilərin başına açdığı oyunları unudubsa, bizlər bunu unutmamışıq. Rayon səhiyyəsini, təhsilini məhv etdi. Rüşvət hesabına nə qədər ki, savadsız, danqabaş adamlar var idi, hamısını yığıb vəzifələrə doldurdu. Onun səpdiyi toxumlar Balakəni hələ də ağrıdır. Hesab edirik ki, həm sadə Balakənlilər, həm də rayon ziyalıları Nəsib Məhəməliyevi yaxşı xarakterizə etmir və onun Balakən rayonundan millət vəkili seçilməyinə də səs verməyəcəyik. Əgər o rüsvay olmaq istəmirsə bu inadından əl çəkməlidir.

Nəsib Məhəməliyev Balakəndən nə istəyir? Uzun illər həm Balakəni, həm də Nəsimi rayonunu çapıb talayıb. Yığdıqları bundan belə yeddi nəslinə də yetər.

Ümumiyyətlə, Nəsib Məhəməliyevin Balakən və balakənlilərin adından danışmağa heç bir haqqı çatmır. Biz dövlət başçısı cənab İlham Əliyevə müraciət etmişik ki, əgər Nəsib Məhəməliyev yenidən Balakənə bu dəfə deputat qismində urcah ediləcəksə, bzilər bütünlüklə bu seçkini boykot edəcəyik.

Biz rayon ictimaiyyəti rayonumuzdan deputat olmaq arzusunda olan Nəsib Məhəməliyevə deyirik: Rusiyanın Saransk şəhərində gül satışı ilə məşğul olduğu zamanlarrRus milliyətindən olan qadınla baş tutan izdivacdan dünyaya gəlmiş qızına indiyədək bircə dəfə də olsa baş çəkib, maddi yardım göstəribmi? Onda Nəsib Məhəməliyev Balakən uşaqlarına necə vəkillik edəcək? Doğma balasını axtarmayan bir şəxsin mənəvi haqqı varmı ki,vəkillik eşqinə düşsün? Sizcə bu mənəviyyatsızlıq deyilmi?

Vaxtı ilə reketliklə məşğul olan qardaşı Yuskanın rayon icra hakimiyyəti binasını tapanca ilə güllə-boran etməsi və sonra başqa üsüllarla istintaqdan yayılmasını unutduğumuzumu sanırsan? Balakən dəmir yol stansiyasının rəisi işləyərkən teplovozların çənlərindən, vaqonlarından oğurladığın yanacağın Gürcüstan vasitəsi ilə ermənilərə satmağını unutduğumuzumu sanırsan? Azərbaycanın düşmənləri olan ermənilərə sevgi görən Nəsib Məhəməliyevdə hardandır? Balakən rayon icra hakimiyyətinin başçısı işləyərkən rayonda nəsil, tayfa və millətləri bir-biri ilə dalaşdırdığını unutduğumuzumu sanırsan?

Məlum bələdiyyə seçkiləri zamanı tayfaları bir-biri ilə düşmən etdiyini və bunun nəticəsində 6 kənddə seçkilərin nəticələrinin ləğv olundunu unutduğumuzumu sanırsan? Hənifə kəndinin örüş yerində başqanın üz qarası Ziya Məmmədova 3 milyona tikdirdiyin kərpiç zavodunun səsindən, torpaq daşıyan ağır tonnajlı yük maşınlarının tozundan zinhara gəlmiş balakənlilərdən qisas alacağınımı sanırsan? Bakıda hər biri 10 milyonlarla qiymətə malik saysız-hesabsız obyektlərinin olmasına baxmayaraq, Balakəndəki evinin küçə tərəfindəki ərazisini təmir etməyə səxavətin belə çatmır. Cavab ver Balakənə və balakənlilərə necə vəkillik edəcəksən? Sən necə də avanturist, qeyri-ciddi adamsan. Sənin Balakənə hansı bir köməyin dəyib ki, yenidən özündən böyük iddialarda eşələnirsən? Yəni özünü bu qədərmi alicənab sanırsan?

Nəsib Məhəməliyev, unutma millət vəkili postu qəlbi millətlə birgə döyününlər üçün nəzərdə tutulub. Sən isə həyatda puldan müqəddəs heç nə tanımırsan. Məhəməliyev, sənin Balakənə vurduğun yaralar hələ yenicə qaysaqlanıb. Sən bu rayondan gedəndən bəri insanlar bir-biri ilə səmimi salamlaşır. Aranı qatmaq fikri yenidənmi şüuruna hakim kəsilib? Bütün bu və digər yüzlərlə suallara balakənlilərin qarşısında cavab verməyə hünərin çatacaqsa onda buyur, ver namizədliyini. Bu məqamı biz balakənlilər çoxdandır ki, gözləyirik. Buyur çıx meydana, Nəsib, hələ görəsi və tarixlər boyu danışılacaq günlərin qabaqdadır.

Nəsib,sən də özünü deputatmı sanırsan?Axmaq kişi,deputatlığı asanmı sanırsan?

Cənab prezident, dərdimiz sizə deyirik xahiş edirik, əlacını tapın.

Bizə məlum olan Nəsib Məhəməliyevin mülklərini sizə göndəririk:

Balakəndə

1. Şəhərin mərkəzində MMOİL yanacaqdoldurma məntəqəsi –Ulu öndərin adını daşıyan parka zid formada heykəlin görünüşünə mane yaradaraq tikintisi var;

2. Qabaqçöl qəsəbəsində MMOİL yanacaqdoldurma məntəqəsi;

3. Poçtbinə kəndindəki yanacaqdoldurma məntəqəsi;

4. Hənifə kəndindəki kərpic zavodu-kəndin örüş sahəsində tikilib, bir vaxtlar kənd camaatı malını otarırdı;

5. Balakən mərkəzi bazarı-qaynanası Mina müəllimə antisanitar şəraitdə bazarı idarə etməklə bərabər özbaşnalıqla idarə edir. vergidən yayınır;

6. İcra hakimiyyətinin yanındakı kafe-icarə müqaviləsi olmadan işlədilir;

7. Qabaqçöldə 100 hektar torpaq sahəsi və içərisindəki mal sürüsü-heç bir sənədi yoxdur;

8. Tülü kəndindəki keçmiş saray yeri;

9. Balakən rayonunun mərkəzindəki rayponun anbarları;

10. Balakən rayonundakı keçmiş çörək zavodu;

11. Balakən rayonunun girəcəyində, dağın ətəyindəki villa-xüsusi qorunan qoruqda tikilib. Həyətində yeni istifadəyə verilən Balakən inşaat malları mağazası fəaliyyət göstərir;

12. Balakən rayonundakı dəyirman;

13. Balakən rayonundakı keçmiş univermağın ərazisi;

14. İtitala kəndindəki qum karyeri-çayın yatağını kobudcasına dağıdaraq
15. Keçmiş tara bazası;

16. Bazarın qarşısındakı 5-in 6-ya ərazisi olan 21 ədəd mağaza-heç birinin icarə müqaviləsi yoxdur, vergidən yayınır…

Bakıda

1. 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən “Əlibaba” dönərxanası və ona bitişik aptek;

2. Asif Məhərrəmov küçəsində 46 saylı yaşayış evi ilə üzbəüz alkaponlu möhtəşəm ofis binası;

3. Asif Məhərrəmov küçəsi 22a ünvanda yerləşən “Unibank”ın binası;

4. Məmmədcəfər Cəfərov küçəsi 16 ilə üzbəüz “Moskva” univermağının yaxınlığında 6 mərtəbəli “Modera” mebel salonunun binası;

5. Mir Cəlal küçəsində “Leyla” şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə;

6. Mir Cəlal küçəsi 36-da 6 mərtəbəli alkoponlu ofis binası;

7. Mir Cəlal küçəsi 63-də “Assorti” restoranı;

8. Akademik Zərifə Əliyeva adına göz klinikası ilə üzbəüz, Mirmahmud Kazımovski küçəsi 31-in yaxınlığında 6 mərtəbəli binanın altındakı aptek və onun arxasında yerləşən restoran;

9. 20 yanvar küçəsi bina 22-nin yaxınlığında “Deka bank” və yaxınlıqında tikilən bina.

10. 20 yanvar küçəsində “Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar;

11. “Qızıl Tac” şadlıq evinin arxasındakı stadion. Icra başçısı stadionu təmir adı ilə zəbt edib;

12. “Əcəmi” metrosunun yaxinlığında “Bakcell” ve onun yanında “Azercell” dükanları;

13. “Moskva” univermağı ilə üzbəüz çayxanalar və bağın içində təmir edilən 3 mərtəbəli bina;

14. Cavadxan küçəsi 26-da “Ideal” ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek;

15. “Ərzurum” şadlıq evinin yanındakı yeni möhtəşəm bina;

16. Hərbi Hospitalla üzbəüz Azər Əliyev küçəsi 40-cı bina ilə üzbəüz 3 dəbdəbəli villa;

17. Tibb Universiteti ilə üzbəüz Səməd Vurğun küçəsi 116-da yerləşən restoran;

18. Qobustandakı daş karyeri və yataqla birlikdə aldığı qoyun sürüsü”.

Redaksiyadan: Balakən ziyalıları adından prezidentə olunan müraciətin ciddiliyini və deputat Nəsib Məhəməliyevə qarşı irəli sürülən ittihamların eyni zamanda cinayət xarakterli olduğunu nəzərə alaraq, düşünürük ki, Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlar 109-saylı Balakən seçki dairəsindən millət vəkilliyinə namizədliyi irəli sürülən Nəsib Məhəməliyev haqqında araşdırma aparmalı və yuxarıdakı çox saylı iddiların hər hansı biri təsdiqlənərsə, qanunvericiliyə uyğun olaraq Nəsib Məhəməliyevin namizədliyi ləğv olunmalıdır.

 

www.yenicag.az

701
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100