Balkan yarımadasındakı hərbi boşluğu kim DOLDURACAQ? – Türkiyə HƏRƏKƏTƏ KEÇDİ

media-hightechnic-468x90

ABŞ-nin Yaxın Şərq və Balkanlardakı hərbi varlığını geri çəkmə planları “bu bölgələrdə boşluğu kim dolduracaq?” sualını gündəmə gətirdi. Beynəlxalq analistlərin fikrincə, Balkanlarda Türkiyə və Rusiyanın güc savaşı aparması mümkündür. Son illərdə Türkiyənin Balkan ölkələri ilə qurduğu hərbi əməkdaşlıqlar isə diqqət mərkəzinə çıxır.

Hərbi xərclərini azaltmağı hədəfləyən ABŞ bir müddətdir ki, Yaxın Şərq və Balkanlardakı hərbi varlığına son qoymağı gündəminə alıb. ABŞ Prezidenti Donald Tramp, seçki vədləri arasında da yer alan bu məqsəd istiqamətində Rusiya–Ukrayna müharibəsini bitirmək üçün addımlar atır. ABŞ rəsmiləri Yaxın Şərqdə də hərbi mövcudluqlarını azaldacaqlarını hər fürsətdə bəyan edirlər. Son dövrlərdə Rusiya təhlükəsi səbəbindən gərginlik yaşayan Şərqi Avropa və Balkanlarda müdafiə məsələsi gündəmin ön sıralarına çıxıb. Balkanlarda siyasət və diplomatiya mövzusunda yazılar qələmə alan analistlərin fikrincə, ABŞ-dan sonra bölgədə yaranacaq hərbi boşluğu doldura biləcək iki ölkə var. Diplomatiya analitiki Stavros Tzimas, bu barədə yazısında Ankaranın Balkan paytaxtları ilə səssiz şəkildə davam etdirdiyi hərbi əməkdaşlıqları təhlil edib. Təqaüddə olan diplomat Uluç Özülkər də Türkiyənin Balkan siyasətini qiymətləndirib.

media-balkan1-f9by

Güc boşluğu yarandı

Yaxın Şərq və Ukraynadakı münaqişələrdən sonra ABŞ-ın Balkanlardan çəkilmə prosesinin sakit şəkildə davam etdiyi vurğulanarkən, Tzimas “Rusiya və Türkiyənin doldurmaq üçün tələsdiyi bir güc boşluğu yaranır” şərhini verib. Onun sözlərinə görə, bəzi Balkan ölkələrinin Avropa İttifaqına qoşulma prosesi ilə bağlı yaranan etimadsızlıq Aİ-ni hərbi baxımdan zəiflədir. Analizdə qeyd olunur ki, sosializmin çökməsi və 1990-cı illərdə Yuqoslaviyada yaşanan qanlı müharibələrdən sonra ABŞ Balkanlarda təhlükəsizlik sisteminin təminatçısı rolunu oynayıb: “Gərginliklərdə ilk söz sahibi olan və alovu mənbəyində söndürən ABŞ idi”.

Toqquşmalar artır

Artıq ABŞ-nin bölgəyə əvvəlki kimi maraq göstərmədiyi qeyd olunur. Balkanlarda getdikcə qızışan millətçi qarşıdurmaların artdığı vurğulanır. Belqradda tələbələrin Prezident Aleksandar Vuçiçə qarşı “korrupsiya” və “avtoritar idarəçilik” ittihamı ilə etiraz etməsi, hökumətə qarşı aksiyaların isə genişlənərək şiddətlənməsi xüsusi diqqətə çatdırılır. Analizdə Elə ki, bir çoxları Serbiyanın vətəndaş müharibəsinin astanasında olduğundan qorxur” şərhinə də yer verilir. Bosniya və Herseqovinada isə Serb Respublikası bölgəsinin keçmiş Rusiya yönlü prezidenti Milorad Dodikin açıq şəkildə ayrılma hədəsi etdiyi qeyd olunur. Kosovoda da sabitsizliyin davam etdiyi xatırladılır və “Balkan dövlətləri silahlanır, köhnə düşmənçiliklərə əsaslanan hərbi ittifaqlar qurulur” ifadəsi işlədilir.

Yeni ünvan Balkanlardır?

Bir çox analistlərə görə, Rusiya ilə Qərb arasındakı növbəti qarşıdurma Balkanlarda ola bilər. Analizdə “Sam-in yoxluğunda etnik dinamikləri nəzarətdə saxlayıb gərginliyi yatıra biləcək kimdir?” sualı qoyulur. Yazıda qeyd edilir: Moskva, millətçi-populist dostu Vuçiçi gücləndirir; Qərbi isə onu devirmək və yerinə öz adamlarını gətirmək üçün xalqı qızışdırmaqda ittiham edir”. Amerikalılar demək olar ki, yoxdur, Aİ isə avtomobil sənayesi üçün böyük əhəmiyyət daşıyan litium mədənçiliyi barədə Vuçiçlə müqavilə imzalayıb”.

Türkiyə səhnəyə çıxır

Analizdə Balkanlarda güclü qlobal oyunçu kimi Türkiyənin roluna diqqət çəkilir: “Türkiyə, Balkanlarda sabitliyin təminatçısı rolunda amerikalıların yerini ala bilərmi? Elə görünür. Regiondakı güclü müsəlman əhalini vasitə kimi istifadə edir, hərbi gücünü və sülh elçisi imicini nümayiş etdirir. Türkiyə indi bölgədə güclü rəqib olmadan hərəkət edir”.

Haber Global üçün Balkanlardakı Türkiyə hərbi varlığı ilə bağlı danışan Özülkər isə özünün Üsküp köklü ailədən gəldiyini bildirərək bunları deyib: “Biz imperiyanın varisləriyik. Orada çoxlu qohumlarımız var. Hələ də o bağlar davam edir. Mən Balkanlara gedəndə nə qədər böyük itki olduğunu anlayıram. Çünki Balkanlar həm Osmanlının çökməsində, həm də respublikanın quruluşunda bizə çoxlu köç verdi”.

media-balkan2-s3ae

Rusiya təhlükəsi varmı?

Balkanlarda Rusiya təhlükəsinin olmadığını da vurğulayan Özülkər belə deyib: “Bu gün onların hər biri müstəqil ölkələrdir. Sovetlərin çökməsindən sonra müstəqillik qazandılar. Aralarında Aİ-yə daxil olanlar var, girməyə hazırlaşanlar var. Bu gün bu ölkələr başqa dövlətlərin hərbi təhdidi altında deyillər. Rusiyanın gəlib hücum etməsi kimi şeylər artıq bitdi. Türkiyənin həm qəlbdə, həm də ağlın diktəsi ilə bölgədə mövcudluğu danılmazdır”.

Tərcümə: Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa