Trampın reytinqi niyə "oynayır"? – "Böyük itki deyil, amma..."

media-hightechnic-468x90

“Hazırkı seçkilər Trampın komandası üçün ciddi sayılmamalıdır, amma onun reytinqi son bəyanatlarına görə oynayır”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

media-whatsapp-image-2026-02-09-at-13-50-05

Politoloq Amerikanın Luiziana ştatının bölgələrinin birində Trampın təmsil olunduğu partiyanın məğlubiyyətini şərh edərək, bunu Tramp və partiyası üçün böyük itki hesab etmədiyini bildirib:

“Amerikanın Luiziana ştatında əvvəldən də Demokratlar rəhbərlik edirdi. Amerikada prezident seçkilərindən sonra lokal seçkilər keçirilir. Bu seçkilərdən sonra Konqresə gedən nümayəndələr seçilir. Bu gün ştatda Nümayəndələr Palatası üçün seçkilər keçirildi və Luiziana ştatının bir bölgəsində Demokratların namizədi qalib gəldi. Lakin bu ştata hələ də Respublikaçılar nəzarət edir. Bu gün keçirilən seçkilərin nəticəsi onlar üçün böyük itki hesab oluna bilməz. Medianın bu seçkini canfəşanlıqla verməsinin səbəbi, bunu Trampa qarşı istifadə olunacaq üsul olaraq görməkdir. Amerika mediası Trampın reytinqinin düşdüyünü göstərməyə çalışır.

Düşünürəm ki, yerli media bu məsələni şişirdib siyasi amilə çevirməyə çalışır, amma hazırda Trampın özünün reytinqi də oynamağa başlayıb. Ona görə ki, Trampın verdiyi vədlər, atdığı addımlar bunun əsas səbəbidir. Amerikada ilk dəfədir ki, ştatlarda hərbi baxımdan güc tətbiq olunur, bu da Amerika xalqının etirazına səbəb olur. Digər tərəfdən isə Amerika prezidentinin son zamanlar verdiyi bəyanatlardır ki, vaxtaşırı fikrini dəyişməsi və komik bəyanatlar verməyə başlaması insanlarda çaşqınlıq yaratmağa başlayıb. Bu da Trampın reytinqini zəiflədir. Trampın hazırda göstərdiyi performans növbəti seçkilərdə də onun zərərinə ola bilər. Bu sadaladığım səbəblərdən onun reytinqində zaman-zaman qalxmalar və enişləri müşahidə etməyə başlamışıq.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05