“Ballon d’Or” mükafatının üçlüyü barədə yeni iddia irəli sürülüb.
Yenicag.az bildirir ki, bu dəfə “Sky Italy”-nin yaydığı xəbərə görə tədbirdə üçlük bu cür olacaq: Luka Modric, Kriştiano Ronaldo və Antoine Qrizman. “Barcelona”nın ulduzu Lionel Messinin üçlükdə olmaması isə futbolçunun sevənləri tərəfindən xoş qarşılanmayıb.
Mükafat mərasimi 2018-ci il, 3 dekabrda Fransanın Paris şəhərində keçiriləcək.
Qeyd edək ki, keçən il mükafatın sahibi Kriştiano Ronaldo olmuşdu.
Natəvan Abbaslı
www.yenicag.az