Messi “Barselona”nı tərk etmək niyyətindədir

media-hightechnic-468x90

Lionel Messi “Barselona” ilə yeni müqaviləyə dair danışıqları dayandırıb.

Yenicag.az-ın məlumatına görə, ispan komandasının kapitanı 2021-ci ildə klubu tərk etmək niyyətindədir.

Bildirilir ki, 33 yaşlı argentinalı komanda daxili qarşıdurmaların təşəbbüskarı olduğu barədə mediada yayılan məlumatlardan məyus olduğundan “Barselona” ilə 2021-ci ildə sona çatan müqaviləni yeniləmək barədə danışıqları dayandırıb.

Futbolçu klub uğrunda ilk dəfə 2004-cü ildə çıxış edib. İyunun 30-da L.Messi komandanın “Atletiko” ilə matçında karyerasındakı 700-cü qolunu vurub (630 qol “Barselona”da, 70 qol Argentina yığması uğrunda)

2019-cu ilin dekabrında oyunçu “France Football” jurnalının versiyasına görə ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına layiq görülüb. Ümumiliktə L.Messinin arxivində 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə aldığı altı belə mükafat var.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600