Astanada Beynəlxalq Konfransda BAMF və onun tərəfdaş təşkilatlarının “Dayanıqlı İnkişaf Məqsədi” haqqında mövqe sənədi təqdim edilib.
İyunun 11- də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev və Beynəlxalq Dayanıqlı Enerji Təşkilatının (İSEO) prezidenti Gustav R.Qrob Qazaxıstanın Astana şəhərində keçirilən nazirlər konfransının və 8-ci Dayanıqlı Enerji Forumunun açılışında “Dayanıqlı Enerji Çağrışları”na dair Dayanıqlı İnkişaf Məqsədi mövqe sənədini təqdim ediblər.
İnsanlar hələ qədim dövrdən, təbiətlə harmoniyada yaşayaraq, sənaye inqilabı zamanı neft, qaz və uran kəşf olunana, onların sağlamlığa vurduğu mənfi təsir aşkar olunana və ekologiya nazirləri və ekologiya fakültələri üzrə təhsil alan tələbələrin bəşəriyyət, təbiət və iqlimin mühafizə məqsədilə çirklənmə və radiasiyanı tədqiqatına aid elmlər yaradılana kimi bio kütlə, külək kimi enerji mənbələrindən asılı olublar. BAMF-ISEO-APFREEE SDG birgə sənədi davamlı enerji probleminəh əsr olunur və elektrik enerjisinin istehlakı və istehsalına dəstək olmaq üçün fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığa çağırır.
BAMF Prezidenti Umud Mirzəyev, Avropa İSEO-nun Prezidenti Qustav R.Qrob və Afrikalı təmsilçi, eləcə də Bərpa olunan Enerji Mənbələrinin və Enerji effektivliyinin(APFREEE) Ərəb Platformasının prezidenti Dr. Kamil Esseqairi keçən ilin noyabrında İsveçrənin Cenevrə şəhərində keçirilən 25-ci Ümumdünya Təmiz Enerji Konfransında “Üç Dayaq” Afrika-Asiya-Avropa Əməkdaşlıq sənədini imzalayıblar.
Üç QHT təşkilatı, ictimai fəallar səviyyəsində onların səylərini və resurslarını Yaxın Şərq və Şimali Afrikada, eləcə də Qafqaz – Mərkəzi Asiyada (MENA) birləşdirəcək əməkdaşlığın əsasını qoydular.
– Bütün insanlar arasında təmiz enerjinin davamlı və ədalətli şəkildə bölünməsi və istehlak edilməsi;
– Elektrik enerjisinin davamlı və ədalətli paylanması, maddi vəsait və uzaq məsafədə mobil telefon kimi vasitətələrdən istifadə etmək imkanı;
– İnsanların, malların, kapitalın sülh yönümlü davamlı inkişafı və ədalətli bölünməsi;
Bundan əlavə BAMF Prezidenti U. Mirzəyev və İSEO prezidenti Qustav R. Qrob Astanada Dayanıqlı Enerji probleminin həll olunmasına dair VIII Beynəlxalq Forumun iştirakçıları ilə bir sıra vacib görüşlər keçiriblər. Onlardan biri, BMT-nin Baş Katibinin müavini, Asiya-Sakit okean (ESCAP) İqtisadi və Sosial Komissiyasının icraçı katibi Şamşad Aktarla olan görüşü qeyd etmək lazımdı.
Xatırladaq ki, BAMF artıq forumdan xeyli əvvəl Dr. Şamşad Aktarla əməkdaşlıq etməyə başlayıb. Şamşad Aktarın BAMF-ın təsis etdiyi, beş dildə fəaliyyət göstərən Eurasia Diary informasiya portalında bir sıra məqaləsi dərc edilib.
Bundan əlavə müstəqil araşdırmacı Yasir Rəşid və Avropa və Beynəlxalq İqtisadi Hüquq professoru Rəfael Leal-Arkasla da görüşlər keçirilib.
Qeyd edək ki, konfransın açılışında Qazaxıstanın Baş naziri Baxitzan Saqintayev, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və Asiya-Sakit okean (ESCAP) İqtisadi və Sosial Komissiyasının icraçı katibi Şamşad Aktar, UNEC-in icraçı katibi Olqa Alqayerova, UNDP-nin direktorunun köməkçisi və Avropa və Müstəqil Dövlətlərin Əməkdaşlıq Cəmiyyətinin Regional Bürosunun direktoru Cihan Sultanoğlu, Enerji İttifaqının vitse-prezidenti, Rusiya Federasiyası Energetika naziri Aleksandr Novak, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Berat Albayrak və BMT baş katibinin Davamlı İnkişaf üzrə xüsusi nümayəndəsi Reyçl Kitin çıxış ediblər.
Konfransın əvvəlində bu yaxınlarda dünyasının dəyişmiş Azərbaycanın Energetika Naziri Natiq Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.