“Bank of Baku”nun yeni imic çarxı
20 illiyini qeyd edən “Bank of Baku” yubileyi münasibətilə əməkdaşlıq etdiyi media qurumları ilə görüş keçirib.
Görüşə “Bank of Baku”-nun Müşahidə Şurası, İdarə Heyətinin üzvləri və bankın əməkdaşlıq etdiyi yerli media qurumlarının rəhbərləri və jurnalistlər qatılıblar.
Tədbirdə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədrinin müvini Qafar Cəbiyev və Azərbaycan Mətbuat Şurasının sədrinin müavini Umut Rəhimoğlu iştirak ediblər.
“Bank of Baku” ilə əməkdaşlıq edən yerli KİV rəhbərlərinə uğurlu əməkdaşlığa görə xüsusi diplomlar təqdim edilib.
Sonda populyar müğənnilər Tünzalə Ağayeva və Samira öz ifasında sevilən mahnılar ifa edilib. (oxu.az)