!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bank Respublika”da ixtisarlar başlayır

!Reklam – Yazi

20150917102127-24375-52Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bəzisinin fəaliyyətində problemlər yaranıb. Əsas problemlərdən biri kimi isə maliyyə çatışmazlığı göstərilir.

İstehlak kreditlərinin həcminin getdikcə azalması, əhalinin əmanət yerləşdirməyə maraq göstərməməsi isə vəziyyəti daha da mürəkkəbləşdirir. Bu səbəbdən də bankların bəzisi xidmət şəbəkəsini mümkün qədər kiçiltmək və ixtisarlar aparmaq məcbuiyyətindədir.

Xidmət şəbəkəsini yenidən komlekləşdirməyə qərar vermiş banklardan biri də “Bank Respublika”dır. Mənbə iddia edir ki, dəyişikliklərə artıq başlanılıb və bu proses hələ ki qərb bölgəsini əhatə edir.

Məlumata görə, “Bank Respublika”nın Goranboy şöbəsi artıq fəaliyyətini dayandırıb. Bu filialın əhatə etdiyi dairənin Gəncə filialına verildiyini deyən mənbə, hazırda təhvil-təslim işlərinin aparıldığını da bildirib: “Orada heç bir əməliyyat aparılmır. Filialı Gəncəyə biləşdirirlər. İşçi heyətinin taleyi barədə isə heç bir məlumat yoxdur”.

Sayt məsələ ilə bağlı “Bank Respublika”nın baş ofisi ilə əlaqə saxlayıb. Bankın ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ramil Bayramov Goranboy filialının hazırda öz işini davam etdirdiyini deyib.

Lakin bankın Goranboy filialının müdiri Toğrul Sadıqov məlumatı təsdiqləyib. O, Goranboy filialının Gəncə filialına birləşdirildiyini deyib. T.Sadıqov işçi heyəti ilə bağlı hansı qərar verildiyinə dair sualı da cavabsız qoymayıb. Onun sözlərinə görə, filialların birləşdirildiyi barədə işçilərə məlumat verilib: “Çalışacağıq ki, onları digər filiallarda işlə təmin edək”(azərfax).

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv