Bank sektorunda çalışanların sayı ötən ay 137 nəfər artıb
30 sentyabr 2025-ci il tarixinə ölkədə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 499, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,410 olub.
Yenicag.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ayında bank sektorunda çalışanların sayı 0.5% və ya 137 nəfər artaraq 26.872 nəfər təşkil edib.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 138 milyon manat, cəmi öhdəlikləri 48 milyard 967.8 milyon manat, balans kapitalı 7 milyard 170.2 milyon manat olub. Sentyabr ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri 0.8%, balans kapitalı isə 1.3% artıb.












