Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Banklar kredit borclarına görə faizləri sentyabra qədər dondurmasalar...” – Ekspertdən HƏYƏCAN TƏBİLİ

“Əks halda, problemli kreditlərin həcmində müşahidə olunan artımın qarşısını almaq daha böyük xərclər hesabına başa gələcək”.

Mərkəzi Bankın məlumatına görə, aprelin 1-də 15 milyard 637 milyon manat təşkil edən cəmi kredit qoyuluşlarının 8,9 faizinin ödəmə vaxtı keçib. Martın əvvəlində nisbət 8,3 faiz olsa da, aprelin 1-ə Azərbaycan banklarında ödəmə vaxtı keçmiş kreditlərin məbləği artıq 1 milyard 387 milyon manat təşkil edib. Bu, martın əvvəli ilə müqayisədə 88 milyon manat çoxdur.

Yenicag.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Mərkəzi Bankın açıqladığı hesabatda yer alan bu məlumata münasibət bildirib.

Natiq Cəfərlinin fikrincə, Mərkəzi Bank və hökumət bu proseslərə qarşı qabaqlayıcı və təsirli addımlar ata bilmir:

“Mərkəzi Bank son qərarı ilə bütün kreditlər üzrə sentyabra qədər banklara gecikməyə görə müştərilərinə dəbbə pulu və cərimə hesablamamağı tövsiyə edib. Reallıq belədir ki, həm əhali, həm də biznes indi ağır durumdadır və bu baxımdan, kredit ödəmələrini gecikdirəcəklər.

Sentyabra qədər kredit borcu üzrə ödənişlərdə ciddi axsamalar olacaq. Nəticədə problemli kreditlərin həcmində müşahidə olunan artımın qarşısını almaq üçün atılan addımlar isə daha böyük xərclər hesabına başa gələcək”.

İqtisadçı vurğulayıb ki, problemli kreditlərin həcminin artmaması üçün borc faizlərinin dondurulması vacibdir:

“Bu halda banklar zərərə düşəcəklər, lakin zərəri qarşılamaq üçün hökumət qərar verir. Bankların 6 ay müddətinə bütün növ vergilərdən azad edilməsi də yetərli olmayacaq.

Ona görə də Mərkəzi Bank kommersiya banklarına 1 illik – ilk 6 ayı 0 faiz, növbəti 6 ay isə 2-3 faiz həddində manatla kredit verir. Banklar bu modelə razı olacaq, hətta daha çox qazanacaq, həm də onların maliyyə dayanıqlığı artacaq. Nəticədə hökumət heç nə itirməyəcək”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

1092
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100