“Barcelona”nın sabiq futbolçusunun ayağı belə sındı – ANBAAN VİDEO

İngiltərə Premyer Liqasında “Everton” – “Totenhem” qarşılaşması baş tutub.

Yenicag.az xəbər verir ki, matçın 79-cu dəqiqəsində “Everton”nun futbolçusu Andre Qomişin ayağı sınıb. Qonaq komandanın futbolçusu Hın-Min Son sərt şəkildə sürüşmə hərəkəti edib və nəticədə dəhşətli hadisə baş verib. Bu vəziyyəti görən azarkeşlər və futbolçular əlləri ilə başılarını tutub. Ayağı sınan futbolçunu dərhal xəstəxanaya aparıblar.

Qeyd edək ki, Andre Qomiş bundan əvvəl “Barcelona” klubunda çıxış edib.

Natavan