Baş məşqçidən azərbaycanlı futbolçuya etiraz: “Bu qədər yıxılmaq olmaz”

media-hightechnic-468x90

37933“Anji”nin baş məşqçisi Yuri Syominlə Rusiya Premyer Liqasının 2-ci turunda “Lokomotiv”lə keçirilən oyundan sonra Moskva təmsilçisinin futbolçusu Aleksandr Səmədov arasında mübahisə yaşanıb.

Yenicag.az qol.az-a istinadən xəbər verir ki, “Qəbələ”nin sabiq baş məşqçisi matçdan sonra “Lokomotiv”in Azərbaycan əsilli oyunçusuna iradını bildirib.

Syomin simulyasiyaya yol verdiyi üçün Səmədova etirazını bildirdiyini deyib: “Mənimlə onun arasında heç nə baş vermədi. Sadəcə, dedim ki, hər toxunuşdan sonra sonsuz sayda yerə yıxılmaq olmaz. Həmin epizodda heç bir qayda pozuntusu yox idi və yıxılmaq lazım deyildi”.

Qeyd edək ki, “Anji” – “Lokomotiv” oyununda 3:1 hesabı ilə qonaqlar qələbə qazanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa