Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Baş məşqçidən soruşun" - Azərbaycan futbolunun tragikomediyası

Reklam: Sinerji Pro

Azərbaycan Premyer Liqasında komandaların sayının az olması tənqid olunsa da, I divizionda çıxış edən klublar elitaya yüksəlməyə can atmır. Hazırda divizionda MOİK-in lider olduğunu nəzərə alsaq, deməli, bu məsələdə ən çox canfəşanlığı hərbçilər göstərməlidir.

Bunu nəzərə alaraq, Yenicag.az-ın əməkdaşı MOİK-in idman direktoru Rəhman Rəhmanovla əlaqə saxlayıb. “MOİK lisenziya ilə bağlı işlərə start veribmi?” sualı qarşısında aciz qalan klub rəsmisi komandanın baş məşqçisi ilə əlaqə saxlamağımızı xahiş etdi. Lisenziya məsələsinin baş məşqçiyə heç bir aidiyyatı olmadığını klub rəsmisinə xatırlatsaq da, o, inadından dönmədi: “Bilirəm, bu məsələnin baş məşqçiyə aidiyyatı yoxdur. Amma siz yenə də baş məşqçi ilə əlaqə saxlayın. Mənim bu məsələ ilə bağlı danışmağa icazəm yoxdur. Yaxşı olar ki, siz rəhbərliklə danışın. Amma onların nömrəsini sizə verə bilmərəm. Özünüz tapmalısız”.

Hər halda MOİK-in idman direktoru vəzifəsini icra edən şəxsə hərbi sirlə bağlı sual vermədiyimizin çox gözəl fərqindəyik. Onun nəyə görə məsuliyyəti üzərindən atmasına isə anlam vermək olmur.

Qeyd edək ki, Rəhman Rəhmanov buna qədər klubun lisenziyalaşdırma üzrə meneceri olub.

Emin Səfərov

www.yenicag.az

8446