Baş nazir İranın Naxçıvana PUA hücumundan danışdı

media-hightechnic-468x90

Azərbaycanın Baş naziri Əli Əsədov ötən həftə İran ərazisindən Naxçıvana pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum edildiyini rəsmən təsdiqləyib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Baş nazir bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatı zamanı məlumat verib.

Əli Əsədov qeyd edib ki, regiondakı mürəkkəb geosiyasi proseslər fonunda Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində ölkənin suverenliyi etibarlı qorunur:

“Məlum olduğu kimi, ötən həftə İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı hadisə baş verib. Bu xoşagəlməz hadisə fonunda həm cəmiyyətimiz, həm də beynəlxalq aləm bir daha əmin oldu ki, Prezident İlham Əliyev xalqın təhlükəsizliyini qoruyan güclü liderdir”.

Baş nazir həmçinin son hadisələrin Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı olduğunu sübut etdiyini vurğulayıb:

“Regionda cərəyan edən hadisələr quru sərhədlərinin bağlı saxlanılması qərarının zəruriliyini göstərir. Bu, cənab Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir”.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05