Fransa və Almaniyadan "oldu-bitti" sazişi: Avropanın yeni qərarı Türkiyəyə necə təsir edəcək?
Fransa və Almaniya Avropa avtomobil sektorunda dərinləşən böhranı aradan qaldırmaq məqsədilə strateji razılaşma paketini yekunlaşdırır.
Yenicag.az xəbər verir ki, Paris və Berlin xəttində əldə olunan razılığa əsasən, Aİ-nin 2035-ci ildən etibarən daxiliyanma mühərriklərinə tətbiq etməyi planlaşdırdığı tam qadağa yumşaldılacaq, eyni zamanda sərt “Made in Europe” (Avropada istehsal olunub) proteksionist qaydaları tətbiq ediləcək.
Avropa İttifaqı ilə dərin inteqrasiyaya və Gömrük İttifaqı sazişinə malik olan Türkiyə üçün bu qərar iki fərqli istiqamətdə analiz edilir: Ehtiyat hissələri sektoru üçün fürsət: Daxiliyanma mühərriklərinin istifadə müddətinin uzadılması ənənəvi avtomobil hissələri istehsal edən Türkiyə sənayesinə bazar mövqeyini qorumaq və elektrikli nəqliyyat vasitələrinə keçid üçün kritik vaxt qazandıracaq. İxracatçılar üçün proteksionizm riski: “Made in Europe” standartlarının sərtləşdirilməsi Aİ-dən kənar istehsalçıların dövlət satınalmaları və subsidiyalara çıxışını məhdudlaşdırır. Bu addım türk şirkətlərinin Avropa bazarındakı rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər.
Sazişin yekun mətninin bu payızda imzalanması gözlənilir. Mövcud riskləri neytrallaşdırmaq məqsədilə Ankara diplomatik kanalları hərəkətə keçirərək, Türkiyə avtomobil sənayesinin Aİ-nin “etibarlı təchizatçı” statusuna daxil edilməsi istiqamətində danışıqları intensivləşdirib.
Ayşən













