!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazir: "Qrenlandiya satılmır və onu əldə etmək olmaz"

!Reklam – Yazi

Qrenlandiya satılmır və onu əldə etmək olmaz.

Yenicag.az Avropa KİV-ə istinadən xəbər verir ki, Qrenlandiyanın baş naziri Mute Egede ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına bu şəkildə cavab verib.

Tramp martın 4-də Konqresdəki çıxışında Qrenlandiyanı ABŞ-nin nəzarətinə götürməkdə maraqlı olduğunu yenidən təsdiqləyib.

“Qrenlandiya bizimdir. Biz nə amerikalı, nə də danimarkalı olmaq istəyirik, biz kalaallitlərik. Amerikalılar və onların lideri bunu başa düşməlidir”, – Egede öz “Facebook” səhifəsində yazıb.

O vurğulayıb ki, Qrenlandiyanın gələcəyini qrenlandiyalıların özləri həll edir.

Tramp Konqresdəki çıxışında əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar “hər nə olursa-olsun Qrenlandiyanı əldə edəcək”. O, qrenlandiyalıları zəngin edəcəyinə və adanı “əvvəllər mümkün hesab etmədiyiniz yüksəkliklərə” qaldıracağına söz verib./report

www.yenicag.az

93
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv