Baş nazirdən Trampa: "Kanada satılmır və heç zaman da satılmayacaq"
Kanada satılmır və heç zaman da satılmayacaq.
Yenicag.az-ın məlumatına görə, bu sözləri Kanadanın Baş naziri Mark Karni Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı ABŞ liderinin Kanadanın 51-ci ştat olması ilə bağlı istəyinə cavab olaraq deyib.
“Daşınmaz əmlak işindən də bildiyiniz kimi, satılmayan bəzi yerlər var. Kanada da satılmır, heç vaxt satılmayacaq”, – Karni ABŞ Prezidentinə deyib. O xalqın da bunu istəmədiyini bildirib və əlavə edib ki, keçmişdə də olduğu kimi iki ölkə arasında tərəfdaşlıq və birgə görüləcək işlər üçün fürsət mövcuddur.
Tramp isə buna cavab olaraq: “Heç vaxt “heç vaxt” demə”, – deyə cavab verib.