Politoloqdan senatorun qalmaqallı çıxışına REAKSİYA: "Ya yanlış ifadədir, ya da gizli məlumatlar..." - VİDEO
“Məlumat doğrudursa, senatorun ictimaiyyətə açıqlanmayan faktları dilə gətirməsi araşdırılmalıdır”
Yenicag.az xəbər verir ki, müharibə tərəfdarı olan ABŞ senatorlarından biri CNN telekanalının efirində qalmaqallı və təsadüfi bir etiraf edib. Senator çıxışında bu fikirləri qeyd edib:
media-03f125d4-0381-4bf8-9c36-f3d02d6987b7-z7gycw
“İranın yenidən bombalanmasını dəstəkləyirəm. Yüzlərlə ölmüş əsgərimiz üçün yas tuturam!”
ABŞ senatorunun bu açıqlaması sosial mediada böyük qəzəb və tənqid dalğasına səbəb olub. Amerikalı istifadəçilər həqiqətin niyə onlardan gizlədildiyini və ictimaiyyətə itkilərin sayı ilə bağlı nə üçün yalan danışıldığını sorğulayırlar.
Politoloq Elçin Abdullayev sözügedən iddianı Yenicag.az-a şərh edərək, bu məlumatın reallığı əks etdirməsinin şübhəli olduğunu bildirib:
“ABŞ senatorunun belə bir açıqlama verməsi barədə məlumatım yoxdur. Söhbətin hansı senatordan getdiyi və bu iddianın nə dərəcədə həqiqi olduğu dəqiq olmasa da, əgər belə bir ifadə işlədilibsə və deyilənlər doğrudursa, düşünürəm ki, senatorun fikirləri ciddi suallar doğurur. İndiyədək bildiyim qədərilə, ABŞ rəsmiləri bu miqyasda itkinin olması barədə heç bir məlumat yaymayıblar. Güman edirəm ki, ya senator yanlış ifadə işlədib, ya da ictimaiyyətə açıqlanmayan gizli məlumatları dilə gətirib. Hər iki halda şəffaflıq naminə məsələyə aydınlıq gətirilməlidir. Belə həssas mövzularda dürüstlük cəmiyyətin etimadını qazanmaq üçün əsas şərtlərdən biridir.”
Nurlan Cəfəri













