!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazirin anlaşılmaz "Müharibə veteranı" QƏRARI: "Əgər ad vermək istəmirlərsə..." - ETİRAZ

!Reklam – Yazi

“Vətəndaş Müdafiə Nazirliyi və digər qurumlar tərəfindən rəsmi sənəd alıbsa, ona “Müharibə veteranı” adının verilməsinin uzadılmasının bir mənası yoxdur”.

Bu sözləri baş nazir Əli Əsədovun “Müharibə veteranı” adının verilməsi qaydası ilə bağlı imzaladığı qərara edilən dəyişikliyin müharibə veteranları və qazilər tərəfindən etirazla qarşılanmasına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, rəsmi qərarların yazılış forması çox qəliz olduğuna görə əksər insanlar qərarı tam olaraq anlaya bilmirlər:

“Bu gün məlum vəziyyəti açıq şəkildə görürük. Bu ildən etibarən 5 illik müvəqqəti əlillik statusu olan insanların yenidən yoxlamadan keçirilməsi prosesi gedir və son nəticədə insanlara əlillik statusu verilmir. Hansısa əzası olmayan şəxslər belə bir neçə ay təqaüddən kəsilir. Vətəndaşın faktiki olaraq əzalarından birinin olmaması fonunda yenidən araşdırmanın aparılması anlaşılan deyil. Bununla yanaşı, daxili orqanları, həqiqətən, zədəli olan vətəndaşlar da əlilliyin təsdiq olunması yolunda çox böyük əziyyət çəkirlər. Görünən odur ki, veteranlıqla bağlı sadə qaydalar da artıq mürəkkəbləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri müavinət almalı olan həmin şəxslərin işini çətinləşdirir. Guya bu addımla dövlət büdcəsinə qənaət olunur. Lakin atılan addımın hansı böyük narazılığı yaratdığının fərqində deyillər.

Ən pisi odur ki, ən azı 4-5 ay müavinət almayan şəxslərə nə sağlamlıq haqqında arayış, nə də əlil olmasını təsdiqləyən sənəd verilir. Nəticədə vətəndaş hansısa müəssisədə işə düzəlmək istəsə, sağlamlıq haqqında arayış təqdim edə bilmir. Yaranan mövcud paradoks vəziyyətdə Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi günahkardır. Bu qurumlar qəbul etdikləri qərarın işləməsi üçün heç bir işlək mexanizm hazırlamayıblar. Hansısa modern üslublu inzibati binanın inşa edilməsi insanları düşdükləri pis vəziyyətdən çıxarmır. Azərbaycan bütün xarici təzyiqlərin öhdəsindən gələ biləcək, amma daxildə böyük fəsadlar yaradacaq qərarlar qəbul olunur. Müharibə veteranlarına və ümumilikdə vətəndaşlara bu cür yanaşmaq olmaz. Veteranlara ad vermək istəyirlərsə, bunu asan yolla etmək lazımdır. Əgər ad vermək istəmirlərsə, bunu açıq şəkildə bildirməlidirlər. İnsanları boş yerə incitmək doğru deyil”.

Qeyd edək ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə” edilən dəyişikliklə BURADAN tanış ola bilərsiniz.

Gülşən Şərif

www.yenicag.az

945
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv