İsrailin baş naziri Binyamin Netanyahunun oğlu Yair “Twitter”də paylaşdığı foto ilə diqqət mərkəzinə düşüb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yair Netanyahu İsraildə səsvermədə iştirak edən ərəb əsilli vətəndaşların əks olnduğu fotonun yerinə İstanbulda keçirilmiş seçkilərdən şəkil paylaşıb.
Bundan əvvəl Qurban Bayramında İslam dini və müsəlmanlara qarşı təhqiredici ifadələr işlətdiyi üçün kəskin reaksiyalarla üzləşən Yair bu dəfəki paylaşımı ilə özü haqqında müsbət rəy formalaşdırmağa çalışıb.
Bununla belə, o, yenə də istehza hədəfinə çevrilməkdən yayına bilməyib. Yair “Twitter”də paylaşdığı şəkildə israilli ərəblərin seçkilərə necə maraq göstərdiyini nümayiş etdirmək istəyib.
Ancaq İstanbuldakı seçki məntəqələrindən birinin görüntüsünü paylaşaraq, özünü arzuedilməz vəziyyətə salıb.
Firuzə Alimova