!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş Prokurorluq AMEA-da yol verilmiş hansı qanunsuzluqları araşdırır? – Professordan AÇIQLAMA

!Reklam – Yazi

“Prokurorluğa göndərilən iş AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayevə aiddir”.

“Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatına əsasən, 2019-cu ilin İş planına uyğun olaraq həyata keçirilən, nəticələrinə hesabat ilində baxılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar akademiya tərəfindən “Şərq-Qərb” ASC-yə ödənilib.

Lakin uzun müddət ötməsinə baxmayaraq, sözügedən ASC tərəfindən çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 milyon manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı hüquqpozmalar aşkar edilib. Hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq, Baş Prokurorluğa təqdim edilib.

Mövcud prosesə münasibət bildirən AMEA-nın professoru Rövşən Bəndəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, sözgedən məsələ ilə bağlı təhqiqat ciddi şəkildə aparılır:

“AMEA-nın kollektivi təqribən 11 min nəfər ətrafında dəyişir. Akademiyada böyük mənada korrupsiyaya yol verilməyib. Sadəcə, kimsə vəzifə səlahiyyətlərindən sui-istifadə edə bilər. Ümumilikdə AMEA-da elmin inkişafı, sosial problemlərin həll olunması üçün müəyyən yerli və xarici fondlar tərəfindən qurumun əməkdaşlarına ciddi maliyyə yardımları ayrılıb.

25 illik fəaliyyətim dövründə nəzərə çarpacaq cinayət əməlləri müşahidə eləməmişəm. Lakin daxili problemlər istənilən qurumlarda mövcuddur. Prokurorluğa göndərilən mövcud işə gəlincə, o iş AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayevə aiddir.

Fətəli Abdullayev səhv etmirəmsə, 2012-2013-cü illərdə AMEA-da çalışıb. Bildiyim qədər, artıq AMEA-da heç bir fəaliyyəti yoxdur. Prokurorluğa göndərilən həmin işlə bağlı təhqiqat çox ciddi şəkildə aparılır. Söhbət ayrılan vəsaitin təyinatına görə istifadə edilməməsindən gedir. Əslində Fətəli Abdullayev Adakemiyada sadəcə, müəyyən işlərə baxırdı”.

Gülşən Şərif

www.yenicag.az

896
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv