!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş tutmayan Bayramov-Mirzoyan görüşü: "Azərbaycanın bu cür mövqeyi onlara təsir edir" - Sabiq nazir

!Reklam – Yazi

“Azərbaycan Xarici İşlər nazirinin ermənistanlı həmkarı ilə görüşündən erməni təxribatına görə imtina etməsi onu göstərir ki, Azərbaycan öz maraqlarını və mövqelərini müdafiə etmək üçün siyasi iradə nümayiş etdirib”.

Bu fikirləri Azərbaycan tərəfinin dekabrın 3-də İsveçin paytaxtı Stokholmda nəzərdə tutulan iki ölkə nazirinin görüşündən Ermənistan parlamentarilərinin Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfərinə görə imtina etməsinə münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tofiq Zülfüqarov nazirliyin bu qərarını doğru hesab etdiyini vurğulayıb:

“Ermənistan istəyir ki, indiki şəraitdə 30 ilə yaxındır Azərbaycan ərazilərini tanımamaq siyasətini davam etdirsin. Buna qarşı addımlar atılır. Bu şəraitdə Ermənistanın deputatlarının Azərbaycan ərazisinə gedişinə kəskin reaksiya verilməlidir. Hesab edirəm ki, Azərbaycanın buna cavab olaraq belə addım atması doğru idi və bu çox vacib idi. Onsuz da bu görüşün hansısa faydasını gözləmək əbəs bir şeydir. Bu, bəllidir. Erməni nazirin çıxışına baxsaq, görəcəyik ki, Azərbaycana qarşı yenə bu və ya digər şəkildə ərazi iddiaları, köhnə siyasəti təzə şəraitdə həyata keçirmək cəhdləri bəyan olunmuşdur. Hesab edirəm ki, nazirliyin addımı düzgündür”.

ATƏT-in Minsk qrupunun bu görüşü təşkil etməsi və həmin qrupun gələcəkdəki fəaliyyətinə gəldikdə isə sabiq nazir bunları deyib:

“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, köhnə vəziyyət, status-kvo dəyişib. İndi Minsk qrupuna təklif olunub ki, humanitar məsələlərdə, sülhün bərqərar olması istiqamətində öz fəaliyyətlərini dava etdirsinlər. Azərbaycan indi o mövqedədir ki, Minsk qrupundan bu sahədə təkliflər gözləyir. Minsk qrupunun konseptual baxışlarına gəldikdə isə, görürük ki, onların baxışları dəyişməkdədir. Status mövzuları gündəmdən çıxır. Azərbaycanın bu cür mövqeyi onlara təsir edir və edəcək də”.

Səxavət Məmməd

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv