“Başqa teatrın səhnəsində çıxış etmərəm”
Xalq artisti Amaliya Pənahovanı heç vaxt başqa teatrın səhnəsində görməyəcəksiniz.
Sevilən aktrisa açıqlamasında bildirib ki, onu görmək istəyənlər və əsərində hansısa obrazı məhz onun oynamasını istəyən dramaturqlar yalnız Bakı Bələdiyyə Teatrına üz tutmalıdırlar:
“Bəli, başqa teatr rəhbərləri də məni dəvət edirlər. Ancaq mən razılıq verə bilmirəm. Bilirsinizmi, özümü yalnız teatrımın səhnəsində görə bilirəm, başqa teatrın səhnəsində heç zaman çıxış etmərəm. Düşünürəm, elə də rahat ola bilmərəm. Ona görə də həmişə deyirəm ki, əgər hansısa dramaturq mənə layiq rol təklif edirsə, gəlsin mənim teatrıma”.
(milli.az)