Almaniyanın “Bavariya” klubunun qadınlardan ibarət komandasının iki üzvü evlənib.
Yenicag.az xəbər verir ki, söhbət Lusie Vonkova və Klaudia van den Heiliqenberqdən gedir.
Münhen klubu evlənən futbolçularını rəsmi “twitter” səhifəsi vasitəsi ilə təbrik edib.
Qeyd edək ki, Lusie çex, Klaudia isə hollandiyalıdır.
www.yenicag.az