!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baxçalıdan İrəvana xəbərdarlıq - "Qanımızla, canımızla, varlığımızla Azərbaycanın yanındayıq"

!Reklam – Yazi

Ermənistanın bu gün səhər saatlarında dost və qardaş ölkə Azərbaycanın hərbi və mülki obyektlərinə endirdiyi zərbələr düşməncədir və yeni qanlı səhifənin açılması deməkdir.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.

“Ermənistanın zülmünü lənətləyirəm. Qəlbimizin soydaşlarımızla birlikdə döyündüyünü elan edirəm. Erməni qruplaşmaları tərəfindən şəhid edilən azəırbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm. Qarabağ türkündür, türk vətənidir. Heç kim bu möhkəm və müstəsna həqiqəti dəyişdirə bilməz. Yeganə məqsədi türk düşmənçiliyi olan Ermənistanın və muzdlu silahlı birləşmələrinin türk milləti qarşısında dayanmaq ehtimalı yoxdur. Qanımız, canımız və varlığımızla Azərbaycanın yanındayıq. Türk millətinin səbrini yoxlamaq yanlışına kimsə düşməməlidir. Nəticələri həm acıqlı, həm də ağır olacaq”, – Baxçalı bildirib.

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv